Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş partlayışla əlaqədar İranın daxili işlər naziri İsgəndər Möminiyə başsağlığı məktubu göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, nazir baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.