Naxçıvanda güclü yağış nəticəsində bir neçə avtomobil yolunda məhdudiyyət yaranıb.
“İki sahil” xəbər verir ki, Şahbuz rayonunun Badamlı qəsəbəsi və Türkeş kənd ərazisində müşahidə olunan güclü yağış bir neçə avtomobil yolunun hərəkət hissəsində keçidi çətinləşdirib.
Qeyd olunan ərazilərə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin texnika və canlı qüvvələri səfərbər olunub.
Hazırda yollarda təmizləmə işləri davam etdirilir.
Qeyd edək ki, güclü dolu və yağış Naxçıvanda təsərüfatlara ziyan vurub.