Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"İki sahil"in Şimal bürosu xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Yaralıların vəziyyəti ağırdır, onlara ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün