04 may 2025 19:58
133

“Qarabağ” “Sumqayıt”a iki qolla qalib gəldi

Misli Premyer Liqasının 33-cü turunda “Qarabağ” “Sumqayıt” qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 59-cu dəqiqəsində Yassin Benzia hesabı açıb. 82-ci dəqiqədə isə Kadi Borqes ağdamlıların üstünlüyünü iki topa yüksəldib.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

33-cü tur

4 may

18:00. “Qarabağ” 2–0 “Sumqayıt”

Qollar: Yassin Benzia, 59 (1-0), Kadi Borqes, 82 (2-0)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Namiq Hüseynov.

"Azərsun Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”