06 may 2025 01:25
113

Rubenin pulu, Krisin canı...

Milyarder haydan bankomat kimi istifadə edirlər

Olmasaydı cahanda axmaqlar, ac qalardı yəqin sarsaqlar... Bu bir sətirlik satira sanki ermənilər üçün yazılıb. Çünki rəzilliklə topladıqları pulları xarici siyasi fırıldaqçılar yağlı vədlərlə tutub əllərindən alır, məqsədləri isə puça çıxır. Ancaq sarsaq ermənilər bu fırıldaqçılardan əl çəkmirlər. Ermənilərin daha çox cəmləşdikləri ABŞ, Fransa və Rusiyada yuxarı eşalondakılardan kimlərsə onların səsini qazanmaq üçün hakimiyyətə təsir göstərməyə, hayların mənafeyini müdafiə etməyə cəhd göstərirlər. Aşağı eşalondakılara isə varlı haylardan “bankomat” kimi istifadə etmək imkanı verilir.

Azərbaycanın Qarabağ bölgəsində qondarılmış məlum qurumda “dövlət naziri” vəzifəsini tutan erməni, rusiyalı erməni milyarder Ruben Vardanyan həmin “bankomat”lardan biridir. Onun pullarında çoxlarının gözü var. Senatorlar, konqresmenlər, beynəlxalq təşkilatlarda yuva salanlar... İndi belələrindən biri barədə danışacağıq.

Vaşinqtonda Azərbaycanla əməkdaşlıq tendensiyasının güclənməsi Kris Smit və onun kimi ermənipərəstlərin iştahasını açıb. Vəziyyətdən istifadə edərək öz şəxsi maraqlarını təmin etmək məqsədi ilə Bakıda həbsdə olan hərbi cinayətlər törədən terrorçuları müdafiə etməyə qalxıblar. Aydındır ki, Vardanyanın pulları pulgir konqresmenləri hər yola düşməyə vadar edib.

Məlumdur ki, həbsdəkilərlə bağlı olaraq ABŞ-dakı erməni lobbilərinin növbəti təxribatları başlayıb. ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası Azərbaycanda insan hüquqları ilə bağlı dinləmələr keçirib. Dinləmələrdə ermənilərə “day-daylıq” edən Kris Smit sədrlik edib. Kris Smit müzakirə etmək üçün ermənilərin marağında olan mövzu da tapıb.

“Azadlıq Radiosu”nun xəbərinə görə, bu komissiya Kris Smitin “BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-dan sonra Azərbaycanda insan hüquqları” adlandırdığı qanun layihəsi hazırlayır. Smit  iddia edir ki, guya Azərbaycan COP29-un uğurundan  ölkənin nüfuzunu artırmaq üçün istifadə edib. Görəsən “ağıllı” Kris nə düşünür? Bəyəm nəhəng bir tədbir keçirən Azərbaycanın buna haqqı çatmırdımı? Halbuki Ermənistan həmin tədbiri keçirməkdən imtina etmişdi. Çünki belə tədbiri keçirməyə iqtisadi vəziyyəti imkan vermirdi. Ancaq Kris bu faktı ya görmür, ya da görüb boynunun ardına vurur.

Krisin başına topladığı Konqres üzvləri Prezident Donald Tramp administrasiyasının Azərbaycana qarşı hansı siyasəti yeridəcəyi ilə maraqlanırlar. Əslində ABŞ Prezidentinin Novruz bayramı münasibəti ilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu məsələ öz cavabını tapıb. Məktubda yazılıb: “ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün güclü dəstəkçisi olaraq qalır”. Belə görünür ki, Vaşinqtonda Azərbaycanla əməkdaşlıq tendensiyasının güclənməsi Kris Smit və onun kimi ermənipərəstləri  həm narahat edib, həm də gəlir mənbəyini göstərib . Bu səbəbdən də heç şübhəsiz “insan hüquqları” ilə bağlı dinləmələr keçirilməsi erməni sponsorlara pullu xidmətdir.  “Dinləmələrdə” çıxış edən Kris “xoruzun quyruğunu” gizlədə bilməyib.Təsadüfi deyil ki, “insan hüquqları” ilə bağlı dinləmələrdə Kris Smit bildirib ki, onların əsas məqsədi Azərbaycan hökumətinin saxladığı “erməni siyasi məhbusları və hərbi əsirləri” azad etməyə çalışmaqdır. Üstəlik, Qarabağda “erməni mədəni irsini qorumalı və ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququnu” diqqətdə saxlamalıdırlar.  Müzakirələrə Ruben Vardanyanın xaricdəki vəkili Jared Genser də dəvət olunub.  Həmin dinləmələrə bədnam vəkil Artak Beqlaryan da gətirilib və o, utanıb-qızarmadan "artsax xalqının soyqırımı" haqqında danışıb və Azərbaycana hər cür yardımın dayandırılmasını tələb edib.  Əslində Kris Smit bu cür dəvətlərlə ABŞ-ın tanıdığı və dəstəklədiyi Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hücum etmiş olur. Ermənistanın sərsəm xəyallarını müdafiə edən bu hoqqabaz düşünmür ki, Azərbaycanın haqqı və tələbləri onlardan daha böyükdür. Kris Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların oradakı tarixi abidələrini, müqəddəs ziyarətgahlarını dağıdan, Azərbaycanın izinin itirən ermənilərin adını niyə çəkmir? Niyə xatırlatmır ki, dövlətiniz Azərbaycan ərazisindədir, yerinizdə sakit oturun. Deməz. Çünki onlara sərf etmir.

 O ki qaldı Ruben Vardanyanın azadlığa buraxılmasına onu yuxularında görəcəklər. Qatillər cəzalarını alacaq, başqalarına da görk olacaqlar. Azərbaycanlıların qanını axıdanların başında Zori Balayan və cəlladları, ayağında Kris Smit və onun kimiləri olmaqla bir xalqa ölüm, qan gətirənlər, heysiyyatı ilə oynayanlar daim lənətlə yad ediləcəklər. Cinayətkarlar kiminsə arxasında gizlənməklə ədalət mühakiməsindən yaxa qurtara bilməzlər.

 Xatırladaq ki, Krisdən əvvəl də ermənilərin daşını başına döyən senatorlar və konqresmenlər çox oldu. İndi hanı onlar? Orada-burada ermənilətin keyfini açan bip-iki kəlmə deyib pullarnı alaraq xərclədilər və meydandan çıxdılar. Uzun illər davam edən bu eksperiment özünü tam doğruldub. Amma kütbeyin haylar bunu hələ də başa düşə bilmirlər. Anlamırlar ki, onlardan öz məqsədləri üçün istifadə edir, axırda da çirkli əski kimi bir kənara atırlar. Dünyanın ən qorxaq və rəzil toplumu olan hayları qorumaq Krislərin umurunda belə deyil. Odur ki, Azərbaycan xalqına qarşı törətdikləri vandalizmə görə cinayətkar ermənilər haqq etdikləri cəzalarını çəkəcəklər.  Kris olmur, lap babası olsun...

Vəli İlyasov, “İki sahil”