08 may 2025 13:08
166

Hacıqabul rayonunda "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" adlı dəyirmi masa keçirilib

8 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Hacıqabul rayon İcra Hakimiyyəti və YAP Hacıqabul rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" adlı dəyirmi masa keçirildi

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə, ilk öncə Müasir və qüdrətli Azərbaycanın memarı, Yeni Azərbaycan Patrtiyasının banisi, mütəqil ölkəmizin Konstitusiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova tədbiri giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, azərbaycan xalqının dahi oğlu, hər zaman Vətəninə və xalqına hədsiz məhəbbəti ilə seçilən Ulu Öndər Heydər Əliyev xalqımızın dövlətçilik şüurunun, müasir ictimai-siyasi fikrin ən bariz təcəssümüdür. Dahi şəxsiyyət və görkəmli siyasi xadim Heydər Əliyev ən uca missiyanı həyata keçirərək müasir, müstəqil Azərbaycan dövlətinin memarı olub və öz misilsiz fəaliyyəti ilə bütöv bir tarix yazıb. Ulu Öndərin həyatı və çoxşaxəli fəaliyyəti tariximizin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib.

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək bildirdi ki, bütün mənalı ömrünü xalqına və dövlətinə xidmətə həsr edən Ulu Öndərin şəxsiyyətinin əzəməti, gördüyü işlərin vacibliyi və böyüklüyü zaman keçdikcə daha da dərindən dərk edilir. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin şəxsiyyətinə, onun ideyalarına, qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Məhz buna görə Ulu Öndərin irsini öyrənmək, təbliğ və tətbiq etmək qarşımızda duran vacib və aktuallığını itirməyən mühüm məsələdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”.

YAP rayon təşkilatının sədri  qeyd etdi ki, hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi, şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla Azərbaycan xalqının qürur mənbəyidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Digər çıxış edənlər: Hacıqabul rayon Prokurorluğunun müstəntiqi Sevinc Abdulrəhmanlı, YAP fəalları Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Terapiya Şöbəsinin müdürü Firuzə Bəşirova, şəhər 6 saylı tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Elnarə Rəhimova və Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov çıxış edərək qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının məramı, qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə belə demişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.