08 may 2025 21:11
127

Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı, Sabunçu Rayon İcra Hakimiyyəti və “Balakhani Operating Company LTD” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 8-də Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev, YAP Sabunçu rayon rəşkilatının, Sabunçu Rayon İcra Hakimiyyətinin, “BOC LTD” şirkətinin rəhbər heyət üzvləri, əməkdaşları və fəal gənclər iştirak ediblər.

Aksiyada  ərazinin torpaq-iqlim xüsusiyyətlərinə uyğun 400-dən çox ağac əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.