Qusar rayon Mərkəzi Xəstəxanasının Ərazi Partiya Təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Xalqa bağışlanan ömür'"adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.Tədbir dövlət himninin səslənməsi ilə başlayıb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Kamil Hacıyev dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsi haqqında məlumat verib.
Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, rayon GEM-nin direktoru Nadirşah Şirinov, rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fatimə Zülfiqarova çıxış edərək Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş bir şəxsiyyət olduğunu vurğulayıblar.Çıxış edən natiqlər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın tərəqqisindəki rolundan,müstəqillik və dövlət quruculuğundakı əvəzsiz xidmətlərindən və bu ideologiyanın ölkə rəhbəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıblar. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.