Azərbaycanda insan alveri ilə mübarizə üzrə işçi qrupunun yaradılması təklif olunur.
“İki sahil” xəbər verir ki, bunu "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, mobil operatorlara və digər müvafiq təsisatlara insan alverçilərinin müəyyən edilməsi üçün mexanizmlərin hazırlanması öhdəliyi qoyulmalıdır:
"Bu tələblər insanların xüsusilə sosial şəbəkələr vasitəsilə tora salınmasının qarşısını almağa dəstək ola bilər. İnsan alveri ilə mübarizə sahəsində süni intellekt tətbiqinin də xüsusi önəmi var. Həmçinin hesab edirəm ki, insan alveri ilə mübarizə sahəsində hazırlanmış yeni fəaliyyət planının geniş müzakirəsi vacibdir”.