14 may 2025 08:08
92

Uruqvayın keçmiş prezidenti vəfat edib

Uruqvayın "Pepe" ləqəbi ilə tanınan keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib.

İki sahil” xəbər verir ki, bu barədə Uruqvay prezidenti Yamandu Orsi X sosial media platformasında məlumat verib. O, sabiq dövlət başçısının paytaxt Montevideoda dünyasını dəyişdiyini bildirib.

X.Muxika 2021-ci ildə qida borusunda bədxassəli şiş diaqnozu qoyulduğunu açıqladı və aktiv siyasətdən uzaqlaşdığını bildirmişdi.

Son illərini Montevideonun kənd ərazisində təvazökar fermasında keçirən Muxika 2009-cu ildə prezident seçkilərində qalib gəlib və 2010-2015-ci illərdə Uruqvay prezidenti olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”