Bu gün Türkiyənin Antalya şəhərində NATO-nun 32 üzv ölkəsinin xarici işlər nazirlərinin ikigünlük qeyri-rəsmi toplantısı başlayacaq.
“İki sahil” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, müttəfiq ölkələrin XİN başçıları NATO-nun zirvə toplantısı öncəsi öz aralarında fikir mübadiləsi edəcək.
Bu iclas 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO dövlət və hökumət başçıları zirvəsinə hazırlıq xarakteri daşıyır.
Toplantıda NATO-nun Baş katibi Mark Rutte və başqa yüksək səviyyəli rəsmilərin iştirakı gözlənilir.