14 may 2025 07:47
85

Meksikada 5,9 bal gücündə zəlzələ baş verib

Meksikanın qərb sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti bildiriblər.

Məlumata əsasən, zəlzələnin episentri La-Krus-de-Loreto şəhərindən 295 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.