14 may 2025 08:40
90

Tramp: Pekinlə ticarət razılaşması Çini ABŞ biznesinə açacaq

ABŞ Prezidenti Donald Tramp İsveçrədəki görüşlər nəticəsində Vaşinqton və Pekinin əldə etdiyi ticarət-iqtisadi razılaşmaların Çin bazarını Amerika biznesinə açacağına ümid edir.

“İki sahil”in "Fox News" telekanalına istinadən verdiyi məlumata görə, o, bu barədə Ər-Riyada uçan təyyarədə jurnalistlərə bildirib.

"Çin ilə yaranan çox, çox yaxşı razılaşma var. Müqavilənin ən gözəl tərəfi odur ki, Çin ABŞ biznesinə açıq olacaq. Bu, tamamilə yeni dünya açacaq. Düşünürəm ki, bu, Çin üçün də yaxşı olacaq. Ümid edirəm ki, bu müqavilə yerinə yetiriləcək", - ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, lazım gəlsə, Çin Sədri Si Cinpinlə ticarət sazişinin detallarını müzakirə etməyə hazır olacaq. "Bəli, güman edirəm. Amma bunun lazım olacağına əmin deyiləm", - Tramp deyib.

Bundan əvvəl Tramp İsveçrədə Çinlə əldə olunan razılaşmanı irəliləyiş adlandırıb. Eyni zamanda, o qeyd edib ki, sazişlərin detalları hələ də razılaşdırılmalıdır.