14 may 2025 09:04
87

Finlandiya hərbi səfərbərlik üçün fərqli dəmir yolu ölçüsünə keçəcək

Finlandiya hərbi səfərbərlik üçün standart dəmir yollarına keçmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə “Yle” ölkənin nəqliyyat və kommunikasiyalar naziri Lulu Ranneyə istinadən yazıb.

Yolun enini 1 435 mm-ə qədər daraltmaq planlaşdırılır. Hökumət bu məsələ ilə bağlı 2027-ci ilə qədər qərar verməlidir, bundan sonra tikinti işlərinə başlanacaq.

"Bu, təkcə Finlandiyanın məsələsi deyil, bütün Avropa və NATO-nun birgə layihəsidir", - Ranne qeyd edib.

Qeyd olunur ki, Aİ layihəni dəstəkləyə və tikintini təxminən 30 % maliyyələşdirə bilər.