14 may 2025 09:33
84

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

Mayın 21-də Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC şirkətinin əsas tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber suverenlik” konfransı keçiriləcək.

“İki sahil” xəbər verir ki, konfransın təşkil edilməsində məqsəd ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən müvafiq qurum, təşkilat və şirkətlərin nümayəndələri ilə birgə müzakirələrin həyata keçirilməsidir.

100-dən çox nümayəndənin iştirak edəcəyi konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində dövlət qurumlarının rəhbər şəxslərinin, tanınmış yerli ekspertlərin və aparıcı İT şirkətlərin rəhbər vəzifəli şəxslərinin çıxışları dinləniləcək, həmçinin “Kiber suverenlik və dövlət təhlükəsizliyi”, “Kibertəhlükəsizlik sahəsində kadr potensialı”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu” adlı panel müzakirələri həyata keçiriləcək.