Səhiyyə Nazirliyinin M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində Plastik və rekonstruktiv cərahiyyə şöbəsi yaradılır.
“İki sahil” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsinin müzakirəsi zamanı deputatların sualını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, bu sahədə fəaliyyətinə icazə verilən və adları siyahıda olan 42 plastik cərrah da orada işləyəcək:
"Siyahıda xaricdə təhsil almış şəxslər var. Hətta aralarında tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edənlər var. Düşünürəm ki, həmin şöbə bu sahədə nümunəvi olacaq".