16 may 2025 19:13
124

Ən azından buna görə İstanbulda görüşməyə dəyərdi - Rodion Miroşnik

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşündə əldə edilmiş "1000-in 1000-ə" formatında əsir mübadiləsi ilə bağlı razılaşma danışıqların aparılmasına dəyərdi.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

"Hərbi əsirlərin genişmiqyaslı mübadiləsi barədə əldə edilmiş razılaşma rus ailələrin gözlədiyi və gözləməkdə olduğu mühüm humanitar aktdır. Ən azından buna görə İstanbulda görüşməyə dəyərdi", - o qeyd edib.