Roma Papası XIV Leonun uşaqlığını keçirdiyi ABŞ-nin İllinoys ştatının Çikaqo ətrafında yerləşən ev hərraca çıxarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "ABC" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, lotun başlanğıc qiyməti 250 min dollardır.
Təkliflər iyunun 18-dək qəbul edilir, lakin ev sahibinin bu tarixə qədər hərracı bitirmək hüququ var. Evdə üç yataq otağı və iki vanna otağı var.