17 may 2025 09:55
100

BMT Asiya ölkələrini iqlim təhdidlərinə hazırlığı sürətləndirməyə çağırıb

Asiya iqlim dəyişikliyi qarşısında ən həssas regionlardan biri olaraq qalır və milli adaptasiya planları iqtisadi inkişafı qorumaq üçün həyati əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Sinqapurda keçirilən “Ecosperity Week” konfransında videomüraciətində bildirib.

Onun sözlərinə görə, regiona yerli reallıqları nəzərə alan həllər lazımdır və bu da sərmayələrin yenidən bölüşdürülməsini və maliyyə strategiyalarının dəyişdirilməsini tələb edəcək.

Proqnozlara əsasən, təkcə inkişaf etməkdə olan ölkələrin infrastruktur və əhalini ekstremal hava şəraitinin nəticələrindən qorumaq üçün 2030-cu ilə qədər hər il təqribən 340 milyard ABŞ dollarına ehtiyacı olacaq.

Bu sahə artıq investorlar tərəfindən karbon emissiyalarının azaldılması üzrə layihələrin maliyyələşdirilməsinə alternativ kimi getdikcə daha çox maraq doğurur.