17 may 2025 11:46
89

Fransa Seneqaldakı daha bir hərbi bazasını tərk edib

Fransa Seneqaldakı üçüncü bazadan hərbi kontingentinin çıxarılmasını başa çatdırıb və bütün hərbi qulluqçuların yaya kimi ölkəni tərk edəcəyi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Respublikanın Afrika ölkəsindəki səfirliyinin bəyanatında deyilir: "Fransa Seneqal tərəfinə Dakar limanında yerləşən Kontr-Amiral-Prote bölgəsindəki bazanı təhvil verib".

Bildirilib ki, qalan bazalar razılaşdırılmış qrafikə uyğun olaraq, 2025-ci ilin yayına qədər geri qaytarılacaq.

Xatırladaq ki, ötən ilin yanvarında Fransa Qabon, Seneqal və Kot-d'İvuardakı bazalarında hərbi mövcudluğunu tezliklə azaltmaq qərarına gəlib.