Zəngəzur dəhlizi layihəsini 3-4 il ərzində həyata keçirməyi planlaşdırırıq.
“İki sahil” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O bildirib ki, Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə Türk dünyasını birləşdirəcək:
“Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”.