ABŞ Prezidenti Donald Tramp bildirib ki, mayın 19-da Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə və NATO üzrə müttəfiqlərə də zəng edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"Əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsində atəşkəsin elan olunması olacaq. Ümid edirəm ki, bu, məhsuldar bir gün olacaq və atəşkəs əldə olunacaq", – paylaşımda qeyd olunub.