18 may 2025 23:58
95

Portuqaliyada parlament seçkiləri başa çatıb

Portuqaliyada növbədənkənar parlament seçkiləri başa çatıb.

“İki sahil” xəbər verir ki, ölkə seçiciləri birpalatalı parlamentin 230 deputatını seçiblər.

Səsvermə əvvəlcə 2028-ci ilə təyin edilmişdi. Bununla belə, mart ayında Portuqaliya Prezidenti Marselu Rebelu di Souza parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarını açıqlamışdı. Dövlət başçısı bunu martın 11-də Respublika Məclisi siyasi böhran şəraitində hökumətə etimadın rədd edilməsinə səs verdikdən sonra bəyan edib.

Seçkiöncəsi sorğular baş nazir səlahiyyətlərini icra edən Luiş Monteneqrunun rəhbərlik etdiyi sağ mərkəzçi “Demokratik Alyans”ın qalib gələcəyini proqnozlaşdırırdı. Siyahıda sonra Sosialist Partiyası və ifrat sağçı siyasi qüvvə "Bəsdir!"nin adı yer alıb.

Səsvermənin ilkin nəticələrinin bu axşam açıqlanacağı gözlənilir.