19 may 2025 02:45
90

Azərbaycan Mərakeşdə “Kral VI Məhəmməd Kuboku” V beynəlxalq polo turnirində təmsil olunur

Bu gün Mərakeşdə “Kral VI Məhəmməd Kuboku” V Polo Turniri start götürüb.

“İki sahil” xəbər verir ki, mayın 25-dək davam edəcək tədbirdə Mərakeş komandası ilə yanaşı, Azərbaycan, Misir, ABŞ, Oman, İspaniya, Fransa və İngiltərə komandaları da yarışır.

Mərakeş Polo Federasiyanın yaydığı açıqlamada qeyd olunur ki, turnirdə müxtəlif ölkələrin polo komandaları azarkeşlərə rəqabət ruhu ilə yadda qalacaq maraqlı yarış təqdim edəcək.

Bu tədbir Azərbaycan millisi üçün də öz yüksək bacarıq və potensialını nümayiş etdirmək, polo idmanında beynəlxalq səviyyədə böyük komandalardan biri olduğunu bir daha göstərmək üçün yaxşı fürsətdir. Ölkəmizi bu mötəbər yarışda Elçin Camallı, Tərlan Qurbanəliyev, Əli Rzayev, Şahmar Nağızadə və Vahid Məmmədov təmsil edirlər.