20 may 2025 09:47
114

Türkiyədə elektron mallar istehsal edən fabrikdə yanğın baş verib

Mersində (Türkiyə) müxtəlif elektron məhsullar istehsal edən fabrikdə yanğın baş verib.

İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, bölgəyə göndərilən yanğınsöndürənlər və TOMA qrupları yanğını nəzarət altına almaq üçün müdaxilə edir.

Yanğın yerli vaxtla səhər saatlarında mərkəzi Toroslar rayonunun Hüseyn Okan Merzeci məhəlləsində, Akbelen bulvarında yerləşən elektronika istehsalı fabrikində baş verib.

Yanğının səbəbi bilinmir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”