Litva prezidenti Gitanas Nauseda bildirib ki, region ölkələri Belarus hakimiyyətini miqrasiya böhranını təhrik etməkdə günahkar hesab etdikləri üçün Belarusa qarşı iddiaya qoşula bilərlər. Bir gün əvvəl Vilnüs Haaqa Beynəlxalq Məhkəməsinə iddia qaldırıb. Litva səlahiyyətlilərinə görə, Belarus "miqrantların Litvaya geniş miqyaslı idxalına" cavabdehdir.
“İki sahil” xəbər verir ki, o bu haqda "Ziniu radijas"ın efirində deyib.
"İnanıram ki, tərəfdaşlarımızın sonrakı mərhələdə qoşulma ehtimalı həmişə var. Liderlik nümayiş etdirməyimiz çox yaxşıdır. Biz bununla qonşu ölkələrdə baş verənlərin bizim üçün qəbuledilməz olduğunu göstərdik"- deyə, Litva prezidenti bildirib.