22 may 2025 08:25
86

Yunanıstan sahillərində 6,2 bal gücündə zəlzələ olub

Yunanıstanın Krit adasının sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri İraklion şəhərindən 74 km şimalda yerləşib. Yeraltı təkanların ocağı 15 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.