21 may 2025 12:41
113

Azərbaycanda selektiv abortlar qismən azalıb - Deputat

Azərbaycanda selektiv abortlar qismən azalıb.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli komitənin bugünkü iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, selektiv abortlarla bağlı statistikada nisbətən azalma mövcuddur: "Bu problemin də normallaşması üçün ailə həkimi, ailə planlaması kimi məsələlər önə çəkilməlidir”.

Deputat bildirib ki, ötən il də ana və uşaq ölümlərinin sayında azalmanı istənilən səviyyəyə gətirmək mümkün olmayıb: "Bununla əlaqədar iş aparılır".