22 may 2025 08:00
91

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnib

Vaşinqtonun şimal-qərb məhəlləsində Paytaxt Yəhudi Muzeyinin qarşısında bir kişi və bir qadın güllələnərək öldürülüb.

“İki sahil” xəbər verir ki, ABŞ-ın daxili təhlükəsizlik üzrə katibi Kristi Noem ölənlərin İsrail səfirliyinin əməkdaşları olduğunu açıqlayıb.

O, hadisənin detallarının əldə olunması üçün araşdırmanın davam etdiyini deyib.

Amerika Yəhudi Komitəsinin baş direktoru Ted Doyçun verdiyi məlumata əsasən, hadisə muzeydə keçirlən tədbir zamanı baş verib.

İsrail səfiri Danni Danon sosial şəbəkə hesabında hadisəni pisləyib. Səfirlik hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə işləyir.

Muzey Federal Təhqiqatlar Bürosunun Vaşinqton Ofisinin yanında yerləşir.