Almaniya Rusiyaya qarşı qabaqlayıcı tədbir olaraq Litva ərazisində tank briqadasının şəxsi heyətini artıracaq.
“İki sahil” xəbər verir ki, bu xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Almaniya briqadanın formalaşdırılmasını 2027-ci ilə qədər yekunlaşdırmaq niyyətindədir. Onun şəxsi heyəti təxminən 5 min nəfərə çatdırılacaq.
Qeyd edilir ki, bu Almaniyanın İkinci Dünya müharibəsindən bəri ölkə xaricinə dislokasiya etdiyi ilk daimi tank briqadası olacaq.