22 may 2025 16:46
97

Tramp Avropanın Ukraynada qeyd-şərtsiz atəşkəs ideyasını rədd edir?

ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə söhbətində Avropanın “şərtsiz atəşkəs” istəyi ilə razılaşmadığını bildirib. Onların sözlərinə görə, bununla əlaqədar Aİ liderləri məsələnin bu formalaşdırılmasından imtina etməyə razılaşıblar.

“İki sahil” xəbər verir ki,  bu barədə The Wall Street Journal” mənbələrə istinadla yazır.

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı mayın 19-da baş tutub. Bundan sonra Amerika prezidenti Ukrayna, İtaliya, Fransa, Almaniya, Finlandiya və Avropa Komissiyasının liderlərinə zəng edib. WSJ mənbələrinə görə, bu söhbətdə Amerika prezidenti Vladimir Putinin Ukraynada hərbi əməliyyatları dayandırmağa hazır olmadığını, “çünki qalib gəldiyinə inandığını” bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Qərb mediasının Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının məzmunu ilə bağlı xəbərləri Kremldə olan məlumatlarla ziddiyyət təşkil edir.