22 may 2025 21:32
88

Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün mühüm mərhələ başlayıb - Türkiyə Milli Təhlükəsizlik Şurası

Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün mühüm mərhələ başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının yekun bəyanatında qeyd olunub.

Bildirilib ki, Türkiyə daimi və ədalətli sülhə nail olmaq üçün soyuqqanlı davranır:

“Türkiyə sülh diplomatiyası və vasitəçilik fəaliyyəti ilə qlobal sülh və sabitliyə töhfə verməyə davam edəcək”.