22 may 2025 23:57
81

Rusiya Ukraynanın itkilərini açıqladı - 1184-cü gün

Rusiya müharibənin 1184-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 662 təyyarəsi, 283 helikopteri, 58 360 PUA-sı, 605 zenit-raket kompleksi, 23 468 tank və digər zirehli texnikası, 1 563 reaktiv yaylım atəş sistemi, 25 150 artilleriya və minaatanı, 35 790 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.