23 may 2025 16:54
112

Vyanada Azərbaycanın Müstəqillik Gününün ildönümü qeyd edilib

Vyanada Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri, ölkənin ATƏT və Vyanadakı digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Diplomat qeyd edib ki, bayram tədbirində iştirak edən qonaqlar arasında Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş direktorunun müavini Gerhard Zayller, ATƏT-in baş katibi Feridun Sinirlioğlu, diplomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Avstriyadakı Azərbaycan icmasının üzvləri olub.