Filippin sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:36-da baş verib. Zəlzələnin episentri San-Fernando şəhərindən 10 kilometr şimal-qərbdə yerləşib, ocağı isə yerin 35 kilometr dərinliyində olub.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində tələfat və dağıntı qeydə alınmayıb. Sunami təhlükəsi də elan olunmayıb.