Mayın 23-ü, saat 19 radələrində Ağsu rayonunda fəhlənin ölümü ilə nəticələnən hadisə baş verib.
Hadisə rayonun Kalva kəndinin ərazisində qeydə alınıb.
Qobustan rayon sakini - 1964-cü il təvəllüdlü Umud Seyfəddin oğlu Cəfərov hündürlükdən yıxılaraq ölüb. Hadisənin U.Cəfərovun fəhlə işlədiyi ərazidə qeydə alındığı bildirilir.
Rayon prokurorluğunda araşdırmalar aparılır.
Oxu.Az