25 may 2025 02:36
88

Tovuzda zənciravi qəza olub, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan VAZ-2106 ilə "Kia" markalı minik avtomobili toqquşub. Daha sonra VAZ-2106 yol kənarında dayanan VAZ-21011-ə, daha sonra avtomobil təmiri emalatxanasına çırpılıb. Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC