25 may 2025 21:25
95

Misli Premyer Liqası 2024/25 mövsümü başa çatdı

Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünə yekun vuruldu.

İki sahil”in məlumatına görə, mövsumun və 36-cı turun son yarışında üçüncü pillədəki “Araz-Naxçıvan” ikinci pillədə qərarlaşan “Zirə”ni qəbul edib.

Oyunda yeganə qolu 58-ci dəqiqədə “Zirə”nin futbolçusu Junior Martins vurub.

Misli Premyer Liqası,

36-cı tur

25 may (bazar)

19:30. “Araz-Naxçıvan” 0–1 “Zirə”

Qol: Junior Martins, 58

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Zeynal Zeynalov

Liv Bona Dea Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”