Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub.
“İki sahil” xəbər verir ki, qrup mərhələsinin III turunda 8 oyun baş tutub.
Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.
A qrupunda yer alan Azərbaycan millisi Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə Bəhreyn Sloveniyanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda Azərbaycan və Mavritaniya komandaları 1/8 finala vəsiqəni təmin edib.
A qrupu
1. Azərbaycan — 7 xal (7:1)
2. Mavritaniya — 4 xal (3:3)
3. Bəhreyn — 4 xal (5:4)
4. Sloveniya — 1 xal (2:9)
B qrupunda Özbəkistan yığması Çadla qarşılaşıb. Görüş Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0. Lakin buna baxmayaraq komanda qrupda qalıb. Əvəzində dünya çempionatının favoritlərindən sayılan Rumıniya komandası Fransa millisi ilə oyunda heç-heçə (0:0) sayəsində 1/8 finala vəsiqəni təmin edib.
B qrupu
1. Fransa — 5 xal (4:3)
2. Rumıniya — 4 xal (4:5)
3. Özbəkistan - 4 xal (7:5)
4. Çad — 3 xal (4:6)
C qrupunda Türkiyə millisi İngiltərəyə uduzaraq (0:3) qrupdan çıxa bilməyib. Macarıstan isə Ukraynanı məğlub edərək (3:0) adını növbəti mərhələyə yazdırıb.
C qrupu
1. İngiltərə — 7 xal (8:1)
2. Macarıstan - 5 xal (5:2)
3. Türkiyə — 4 xal (4:5)
4. Ukrayna — 0 xal (1:10)
D qrupunda yer alan Portuqaliya qrup mərhələsinin III turunda Hindistanı böyük hesabla məğlub edərək (8:0) xallarının sayını 9-a çatdırıb. Bolqarıstan isə Slovakiya üzərində 1:0 hesablı qələbə qazanaraq qrup mərhələsini ikinci pillədə başa vurub.
D qrupu
1. Portuqaliya — 9 xal (13:2)
2. Bolqarıstan — 6 xal (7:3)
3. Slovakiya — 3 xal (16:3)
4. Hindistan — 0 xal (0:28)
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.