Britaniyalı "McLaren" komandasının pilotu Lando Norris 2025 mövsümünün "Formula 1" avtomobil yarışları üzrə dünya çempionatının səkkizinci mərhələsi - Monako Qran-prisinin qalibi olub.
“İki sahil” xəbər verir ki, ikinci yerdə "Ferrari"dən monakolu Şarl Lekler finiş xəttini keçib. İlk üçlüyü "McLaren"də çıxış edən avstraliyalı Oskar Piastri tamamlayıb.
Piastri pilotların hesablamasında liderliyi davam etdirir (161 xal). Liderlərin üçlüyündə Norris (158) və niderlandlı Maks Ferstappen (136) yer alır. "McLaren" Konstruktorlar Kubokunda birinci yeri tutur (319), əsas təqibçiləri "Mercedes" (147), "Red Bull" (143) və "Ferrari"dir (142).
Növbəti mərhələ 30 may - 1 iyun tarixlərində Barselonada keçiriləcək.