Bakıda minifutbol üzrə dünya çempionatı keçirilir.
“İki sahil” xəbər verir ki, bu gün turnirdə qrup mərhələsinin 3-cü turu start götürüb.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniyanı qəbul edib. Görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra millimiz turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Bu qrupun digər oyununda Bəhreyn Sloveniya ilə qarşılaşıb. Oyun Bəhreynin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda bu qrupda Azərbaycan 7 xalla liderdir. 4 xalı olan Mavritaniya 2-cidir. Bəhreyn eyni xalla 3-cü, Sloveniya isə 1 xalla 4-cü yerdədir.
Millimiz daha əvvəl Bəhreynlə heç-heçə edib, Sloveniyaya isə qalib gəlib - 1:1, 4:0.
Dünya çempionatı, qrup mərhələsi
3-cü tur
25 may
A qrupu
14:00. Bəhreyn 4-1 Sloveniya
19:30. Azərbaycan 2-0 Mavritaniya
B qrupu
12:45. Özbəkistan 3-0 Çad
22:00. Rumıniya - Fransa
C qrupu
16:30. Macarıstan 3-0 Ukrayna
18:15. Türkiyə 0-3 İngiltərə
D qrupu
15:15. Hindistan 0-8 Portuqaliya
20:45. Slovakiya 0-1 Bolqarıstan
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.