26 may 2025 17:42
175

ABŞ-ın Avropa müdafiəsində iştirakı çox güman ki, azalacaq, çünki...

Avropa ölkələri ABŞ-ın qitənin müdafiəsində iştirakını davamlı azaltmağa hazırlaşmalı və öz təhlükəsizlikləri üçün məsuliyyəti öz üzərinə götürməyə başlamalıdırlar.

“İki sahil” xəbər verir ki,  bunu Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius Litvanın dövlət yayımı olan LRT-yə müsahibəsində bildirib.

“ABŞ-ın Avropa müdafiəsində iştirakı çox güman ki, azalacaq, çünki amerikalılar Hind-Sakit Okean regionuna daha çox diqqət yetirirlər”- deyə, o, qeyd edib.

Avropa komissarı xatırladıb ki, Aİ ölkələrinin müdafiə alışlarının yalnız 20%-i Avropa sənayesindən, 65%-i isə ABŞ-dan gəlir.

O, həmçinin Aİ ölkələrini dəqiq plan hazırlamağa çağırıb.

Bir müddət əvvəl Pentaqonun rəhbəri Pit Heqset bildirmişdi ki, ABŞ artıq Avropa ölkələrinin təhlükəsizliyinin yeganə təminatçısı ola bilməz.