Rusiya müharibənin 1188-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 59 652 PUA-sı, 607 zenit-raket kompleksi, 23 594 tank və digər zirehli texnikası, 1 564 reaktiv yaylım atəş sistemi, 25 306 artilleriya və minaatanı, 36 001 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.