27 may 2025 08:44
156

Çin dronlara qarşı yeni zenit-raket-top kompleksi hazırlayıb

Çin dronlarla mübarizə üçün nəzərdə tutulmuş yeni zenit-raket-top kompleksi (ZRTK) hazırlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

SWS3 sistemi 6x6 və 4x4 təkər tənzimləməli zirehli avtomobillərə quraşdırıla bilər.

Çinin zenit-raket-top kompleksinin arsenalına iki 35 mm-lik avtomatik top və “yer-hava” raketləri daxildir. SWS3 dronlardan əlavə qanadlı raketləri, dəqiqlikli sursatları və alçaqdan uçan digər hədəfləri vura bilir.

Çinin zenit-raket-top kompleksi bir radar stansiyası və hədəflərin axtarışı üçün optik-elektron komplekslə təchiz olunubı. SWS3 avtonom şəkildə və eşelonlu hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi fəaliyyət göstərə bilər.