27 may 2025 09:36
141

KİV: Aİ və ABŞ sanksiyaların aşılmasına qarşı mübarizə tədbirlərini artıq razılaşdırmır

Avropa İttifaqı (Aİ) və ABŞ-ın Rusiyaya qarşı sanksiyaların aşılmasına qarşı birgə mübarizə aparmaqla bağlı danışıqları uğursuzluqla nəticələnib, artıq birgə fəaliyyətin razılaşdırılması baş vermir.

İki sahil” xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti, eləcə də WDR və NDR telekanalları Almaniyanın Xarici İşlər Nazirliyinin daxili hesabatına istinadən məlumat verib.

Sənəddə konkret olaraq 20 mayda Brüsseldə keçirilmiş Aİ Xarici İşlər Şurasının iclasından bəhs olunur.

İclasda Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan Rusiyaya qarşı sanksiyaların aşılmasına qarşı mübarizədə transatlantik koordinasiyanın tamamilə dayandığını bildirib. O qeyd edib ki, bu məsələlər üzrə “birgə iş” artıq aparılmır.

Bundan əlavə, onun sözlərinə görə, Yeddilik Qrupu (G7) çərçivəsində əməkdaşlıq da “tempini itirib”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”