30 may 2025 19:37
191

Naxçıvan şəhərində Göycə Festivalı keçirilib

Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən ənənəvi Göycə Festivalında Culfa rayonunun torpaq mülkiyyətçiləri ilə yanaşı ailə təsərrüfatçıları da iştirak edərək öz məhsullarını satışa çıxarıblar.

“İki sahil” xəbər verir ki,  festival çərçivəsində Culfa Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış stendə kəndlərimizdə yetişdirilən göycə və göycədən hazırlanan müxtəlif növ məhsullar qonaqlara nümayiş olunub. 

Göycə Festivalı Naxçıvanda ənənəvi olaraq keçirilən və bölgənin mədəniyyətini, kənd təsərrüfatını, turizm imkanlarını nümayiş etdirən mühüm tədbirlərdən biridir.