Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.
“İki sahil” xəbər verir ki, Almaniyada təşkil olunan mərhələnin ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Almaniya yığması Portuqaliya ilə üz-üzə gələcək. Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa arasında baş tutacaq. Bu qarşılşama “Ştutqart Arena”da keçiriləcək.