04 iyun 2025 13:41
172

Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.