“Fənərbaxça” futbolçusu Filip Kostiçlə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, icarə müqaviləsi başa çatan serbiyalı yarımmüdafiəçi “Yuventus”a qayıdıb. Bu barədə klub Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.
“Fənərbaxça” daha əvvəl Edin Dzeko və Duşan Tadiçlə də vidalaşmışdı.
Qeyd edək ki, Kostiç ötən ilin sentyabrından "Fənərbaxça"da çıxış edirdi. O, bu müddət ərzində 35 oyuna 2 qol vurub, 9 qol ötürməsi edib.