07 iyun 2025 08:08
317

Çilidə 6,4 maqnitudalı zəlzələ olub

Çilidə 6,4 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Atakama əyalətinin Dieqo de Almaqro qəsəbəsindən 52 kilometr cənub-qərbdə, ocağı isə Yerin 76,6 kilometr dərinliyində yerləşib. Dağıntı və ya tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.